Ermənistanın tanınmış sabiq futbolçusu, 1947-ci ildə Bakıda anadan olmuş Arkadi Andreasyan Yerevanda ölüb.
Yenisabah.az xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.
İlkin məlumata görə, o, ürək çatışmazlığı səbəbindən 73 yaşında dünyasını dəyişib.
Andreasyan son illər siyasətlə məşğul olub, Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə keçirilən aksiyalarda iştirak edib.
Arkadi Andreasyan 1947-ci il avqustun 11-də Bakıda anadan olub. Bakının “Neftyanik” (hazırkı "Neftçi") klubunun yetirməsidir. Andreasyan Yerevanın “Ararat” klubunun vitse-prezidenti idi.
Keçmiş SSRİ yığmasının tərkibində Olimpiadanın bürünc mükafatını alıb.
Telegram kanalımız