Nepalda Himalay dağlarında qar uçqunu: 4 nəfərin cəsədi tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Nepalda Himalay dağlarında qar uçqunu: 4 nəfərin cəsədi tapıldı

Dünya

28 Sentyabr 2026 18:51 99


Nepalda xilasedici qruplar sentyabrın 27-də Himalay dağlarındakı baza düşərgəsində qar uçqunu nəticəsində həyatını itirən dörd nəfərin cəsədini aşkar ediblər.

"Yeni Sabah" xəbər verir ki, bu barədə məlumatı Nepalın Milli Dağ Bələdçiləri Assosiasiyası yayıb.

Məlumata görə, xilasedicilər bazar günü iki nəfərin, bazar ertəsi isə daha iki nəfərin meyitini tapıblar. Assosiasiyadan bildirilib ki, hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Sezar pizza

Xatırladaq ki, bundan əvvəl Himalay dağlarında yerləşən düşərgəyə uçqun düşməsi nəticəsində ən azı 14 Nepal vətəndaşının itkin düşdüyü barədə məlumat verilmişdi.

Nəşrin məlumatına əsasən, itkin düşənlər ekspedisiya komandasının Nepal hissəsinin üzvləridir və onların arasında xarici turistlər yoxdur./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!