Nəsimi Nəbizadənin qardaşı həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Nəsimi Nəbizadənin qardaşı həbs olundu

Kriminal

09 Yanvar 2026 20:51 2429


Əməkdar jurnalist Nəsimi Nəbizadənin qardaşı Elnur Nəbizadə həbs olunub.

"Yeni Sabah" Oxu.az-a istinadən xəbər verir ki, E.Nəbizadə Sumqayıt şəhərində saxlanılıb.

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyatla iki nəfər - Saray qəsəbə sakinləri əvvəllər narkotiklərlə əlaqəlli cinayətə görə məhkum olunmuş 39 yaşlı Tərlan Talıbov və 35 yaşlı Yusif Cəbrayılov saxlanılıblar. Onlardan ümumi çəkisi 12 kiloqram 962 qram narkotik maddə olan marixuana aşkarlanıb. Sezar pizza

Həmin şəxslərin narkotik vasitəni E.Nəbizadədən aldıqları müəyyən edilib. Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə E.Nəbizadə tutulub.

Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxslərin hər biri barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!