Netanyahu etirazçıları zorakılıqdan çəkinməyə çağırdı

saytların hazırlanması

Evə çatdırılma

Netanyahu etirazçıları zorakılıqdan çəkinməyə çağırdı

Dünya

27 Mart 2023 17:23 623


İsrailin Baş naziri Benyamin Netanyahu ölkədə hüquq islahatlarına qarşı keçirilən kütləvi nümayişlərə və ümummilli tətilə münasibət bildirib.

Yenisabah.az “Times of Israel”ə istinadla xəbər verir ki, o, martın 27-də müvafiq bəyanatla çıxış edib.

“Qüdsdəki bütün nümayişçiləri, məsuliyyətli olmağa və zorakılıqdan çəkinməyə çağırıram, biz qardaşıq”, – deyə Netanyahu vurğulayıb. pizza mizza

Xatırladaq ki, bundan əvvəl İsrail mətbuatı baş nazirin məhkəmə sistemində islahatlar planından imtina etmək niyyətində olduğunu yazıb. 

Hakimiyyətin planlarından narazı qalan vətəndaşlar 3 aydır ki, mitinqlər keçirir. Həftə sonu kütləvi etirazlar polislə toqquşmaya çevrilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!