Netanyahu: “İrana qarşı ABŞ-la ortaq siyasət olmalıdır“

saytların hazırlanması

Evə çatdırılma

Netanyahu: “İrana qarşı ABŞ-la ortaq siyasət olmalıdır“

Dünya

31 Yanvar 2023 10:14 639


“İsrail və ABŞ İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün Tehrana qarşı birgə səylərini artıracaq”.

Yenisabah.az “Times of Israel”ə istinadla xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ dövlət katibi Entoni Blinkenlə Qüdsdə keçirdiyi görüşdən sonra deyib.

“İran rejiminin nüvə silahı əldə etməməsi ilə bağlı ümumi konsensus var. Ortaq siyasətin işlənib hazırlanması və təhlükənin qarşısının alınması üçün birgə səylər barədə söhbətimiz oldu. İsrail tərəfi əlindən gələni edir ki, İranın nüvə silahı və onların çatdırılma vasitələri əldə etməsinin qarşısını alsın, – deyə Baş nazir bəyan edib. - Bu rejimin öz xalqına qarşı vəhşiliyini gördülər, eləcə də öz sərhədlərindən və Yaxın Şərqdən kənara necə zorakılıq ixrac etdiyini gördülər”. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!