İsrail baş nazirinin oğlu ata-Netanyahunun məhkəmə-hüquq islahatlarına etiraz edənləri “terrorçu” adlandırıb.
Yenisabah.az xəbər verir ki, Yair Netanyahu tvitində anası Sara Netanyahunun Təl-Əvivdəki gözəllik salonundan çıxarkən etirazçılar tərəfindən mühasirəyə alınmasına rəy bildirib.
"Bu, milyarderlər tərəfindən maliyyələşdirilən zərbədir. Onlar etiraz etmirlər, iğtişaşçı deyil, terrorçudurlar. Cinayətkar və pis milyarderlər tərəfindən maliyyələşdirilən gizli zorakılıq hərəkatı yaranır. Bu daxili terrordur. Hətta vaxt aparsa belə, onlar 2016-cı ildən 2023-cü ilə qədər bütün cinayətlərinə görə mühakimə olunacaqlar", - deyə oğul-Netanyahu sosial şəbəkə hesabında yazıb. pizza hut
Telegram kanalımız