“Nəticə nə qədər ədalətsiz olsa da...“ - Qurban Qurbanov
07 Noy 2019 22:12
260

“Nəticə nə qədər ədalətsiz olsa da...“ - Qurban Qurbanov

"Hesab 1:0 olduqdan sonra, iki, üç və dördüncü qolları vura biləcəyimiz halda məğlub olduq".

"Yeni Sabah" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Kiprdə APOEL-ə 1:2 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur matçından sonra deyib. 

47 yaşlı mütəxəssis futbolun belə bir fərqli oyun olduğunu bildirib: "Həm Bakıdakı oyunda, həm də bu gün rəqibdən çox qol epizodumuz olsa da, qalib gələ bilmədik. Nəticə nə qədər ədalətsiz olsa da, APOEL-i təbrik etməliyik. Hələ heç nə bitməyib, mübarizəmizi sona qədər davam etdirəcəyik". /report.az

Oxşar xəbərlər