Neyləyəcəklər, Livanı bombalayacaqlar? - Putin

saytların hazırlanması

Evə çatdırılma

Neyləyəcəklər, Livanı bombalayacaqlar? - Putin

Dünya

11 Oktyabr 2023 17:35 564


Rusiya prezidenti Vladimir Putin İrana qarşı Fələstin-İsrail münaqişəsinin gərginləşdirilməsində əli olması ilə bağlı ittihamları əsassız adlandırıb.

Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, o, Aralıq dənizinin şərqinə ABŞ təyyarədaşıyan qrupunun göndərilməsində məna görmür.

"Mən başa düşə bilmirəm ki, Birləşmiş Ştatlar niyə bir təyyarədaşıyan qrupunu oraya sürükləyir və ikincisini elan edir. Mən, həqiqətən, bunda mənaı görmürəm. Livanı bombalayacaqlar? - deyə Putin Rusiya Enerji Həftəsi forumunun plenar iclası zamanı deyib. - Yoxsa sadəcə kimisə qorxutmaq qərarına gəliblər? Amma orada insanlar var ki, artıq heç nədən qorxmurlar. Problemi bu yolla həll etmək yox, kompromis həll yolları axtarmaq lazımdır". pizza hut

Rusiya prezidenti deyib: "İndi eşidirik ki, İran həmişə olduğu kimi, sübut olmadan bütün günahlarda ittiham olunur. Heç bir sübut yoxdur. Görəcəyik, ümid edirəm sağlam düşüncə qalib gələcək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!