Niderland XİN rəhbəri Bakı-İrəvanrazılaşmasını təqdir etdi

saytların hazırlanması

Evə çatdırılma

Niderland XİN rəhbəri Bakı-İrəvanrazılaşmasını təqdir etdi

Dünya

09 Avqust 2025 11:47 285


Niderlandın XİN rəhbəri Kaspar Veldkamp Azərbaycan və Ermənistan liderləri arasında əldə olunan razılaşmadan məmnunluq ifadə edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Niderland səfirliyi məlumat paylaşıb.

“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında bu gün əldə olunan razılaşmaları — Oval kabinetdə baş verən tarixi irəliləyişi alqışlayıram. Hər iki ölkəni və Trumpı bu irəliləyişi mümkün etdiklərinə görə təqdir edirəm. Qarşıda bəzi çətinliklər olsa da, sülh sazişi artıq əlçatandır. Dominos pizza

Razılaşdırılmış addımların rəvan icrası indi həlledici əhəmiyyət daşıyır. Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması davamlı sülh, regional sabitlik və rifah üçün vacibdir. Niderland bu prosesdə öz sadiq dəstəyini davam etdirəcəkdir” — Xarici İşlər Naziri Kasper Veldkamp qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!