Niderlandda bir milyondan çox insanın şəxsi məlumatları OĞURLANDI

saytların hazırlanması

Evə çatdırılma

Niderlandda bir milyondan çox insanın şəxsi məlumatları OĞURLANDI

Dünya

25 Sentyabr 2026 23:50 104


Niderlandın "Flink" çatdırılma xidmətinin bir milyondan çox müştərisinin şəxsi məlumatları hakerlər tərəfindən oğurlanıb.

"Yeni Sabah" xəbər verir ki, məlumatı NU.nl saytı yayıb.

Bəzi müştərilər sonradan ödəniş tələbi ilə məktublar alıblar. Özünü "LPG Group" adlandıran hakerlər müştərilərdən təxminən 10 avro dəyərində "Ethereum" kriptovalyutası tələb edir və ödəniş edilməzsə, məlumatları "darknet"də satmaqla hədələyirlər. Pepperoni pizza

"Flink" şirkəti hakerlərin daxili sistemlərinə giriş əldə etdiyini təsdiqləyib. Oğurlanan məlumatlar arasında müştərilərin adları, e-poçt və ev ünvanları, telefon nömrələri, bəzi hallarda isə çatdırılma ilə bağlı əlavə məlumatlar olub. Şirkət istifadəçi parollarının sızmadığını bildirib.

Hakerlər həmçinin 13 min "Flink" əməkdaşının məlumatlarını əldə etdiklərini iddia edir və şirkətdən təxminən 238 min avro dəyərində kriptovalyuta tələb ediblər. Bu məlumat hələ təsdiqlənməyib.

Kibertəhlükəsizlik üzrə mütəxəssis Vouter van Dongen müştərilərə hakerlərin məktublarını sübut kimi saxlamağı, lakin onlara cavab verməməyi və pul ödəməməyi tövsiyə edib.\Oxu.Az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!