Müğənni Nigar Camal və stilist Anar Ağakişiyev 8 il sonra ilk dəfə bir araya gəliblər.
“Yeni Sabah” xəbər verir ki, onlar birgə Kazım Sübhanın təqdimatında yayımlanan “Mədəni şou”ya qatılıblar.
Küsülü olduqları vaxtlardan danışan A.Ağakişiyev həmin anları belə xatırlayıb: pizza hut
“Mən Nigar xanımı silməmişdim. Aramızda böyük qalmaqal olmayıb. Nigar xanımın üçüncü şəxslə də (Röya Ayxan) arasında problem yoxdur. Biri-birimizə güzəşt etməli idik. Bu bir yarışma idi, oraya da birlikdə getmişdik. Mən düşünürəm ki, bu məsələni qəsdən şişirdən insanlar oldu. Nigar xanıma qarşı da heç bir aqressiyam olmayıb”.
Nigar Camal isə arada müəyyən anlaşılmazlıq olduğunu bildirib və heç vaxt Anarla barışacağını düşünmədiyini bildirib:
“O vaxtlar bu məsələyə yumuşaq yanaşmalı idik. Əvvəllər daha emosional idik. İndi isə hər şey fərqlidir. Küsülü olsaq da, heç vaxt biri-birimizin arxasınca danışmamışıq”.
Xatırladaq ki, onlar arasındakı qalmaqal “Altın Kelebek” mükafatlandırma mərasimində baş vermişdi.
Telegram kanalımız