Niger hakimiyyəti Fransanı avqustun sonunda paytaxt Niameydə silahlı qiyam törətməyə cəhddə ittiham edib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə ANP agentliyi Niger Nazirlər Şurasının bəyanatına istinadən məlumat yayıb.
Bəyanatda iddia olunur ki, “beynəlxalq əlaqələri olan bu əməliyyat Fransa Prezidenti Emmanuel Makronun rəhbərlik etdiyi rejimin başçılıq etdiyi geniş şəbəkə tərəfindən təhrik və dəstəklənib”. Sezar pizza
Niger hökuməti, həmçinin bu addımın ölkə əhalisinin suverenliyin möhkəmləndirilməsi və təbii sərvətlər üzərində nəzarətin təmin olunması istiqamətində göstərdiyi iradəni sarsıtmağa yönəlmiş digər fəaliyyətlərin davamı olduğunu iddia edib./APA
Telegram kanalımız