Nikol Paşinyan: KTMT-yə üzvlük silah bazarına çıxışımıza maneə yaradırdı

saytların hazırlanması

Evə çatdırılma

Nikol Paşinyan: KTMT-yə üzvlük silah bazarına çıxışımıza maneə yaradırdı

Dünya

14 Yanvar 2026 13:28 271


İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakı və bir sıra ölkələrin suveren ərazimizdən kənarda silahların yerləşdirilməsi ilə bağlı narahatlığı beynəlxalq silah bazarına çıxışımıza maneə yaradırdı.

"Yeni Sabah" interfax-a istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

"Qlobal müdafiə silahları bazarı Ermənistan üçün 2022-ci ildən sonra (Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması) açılıb. Bu Ermənistanın silahları öz suveren ərazisindən kənarda yerləşdirə biləcəyi ilə bağlı narahatlıqların aradan qalxdığı aydın olduqdan sonra baş verib", - N.Paşinyan ABŞ və Avropa İttifaqı ölkələrinin səfirləri ilə görüşündə bildirib. Sezar pizza

Onun sözlərinə görə, KTMT ilə bağlı ikinci bir nüans da var.

"KTMT-də iştirakımız bu beynəlxalq silah bazarına çıxış üçün ciddi maneə idi. Bundan əlavə, 2022-ci ildə bizdə elə bir vəziyyət var idi ki, texnika və silah almaq üçün yüz milyonlarla dollar ödənilmişdi, lakin tədarüklər (Rusiyadan) həyata keçirilmirdi. Bu hadisələr bizi o nöqtəyə gətirdi ki, paradiqmanı dəyişdirmək lazım olduğunu anladıq. Buna görə də KTMT-də iştirakımızı dondurmaq barədə qanuni qərar qəbul etdik", - N.Paşinyan vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!