Nikolun B planı: Qarabağlılar üçün 40 min yer hazırladı

saytların hazırlanması

Evə çatdırılma

Nikolun B planı: Qarabağlılar üçün 40 min yer hazırladı

Dünya

22 Sentyabr 2023 13:13 2995


Qarabağ sakinlərinin Ermənistana köçürülməsi onların öz evlərində yaşaması mümkün olmadıqda baş verə bilər, ermənilərin Qarabağdan köçürülməsi İrəvanın əsas planı deyil.

Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclası zamanı deyib.

“Vəziyyət düzəlməsə, o zaman problem gündəmimizdə olacaq. Amma nəzərinizə çatdırmaq istəyirəm ki, hələ sentyabrın 19-da, aksiyalar başlayan gün mən Baş nazirin müavini Tiqran Xaçatryana tapşırmışdım ki, Qarabağdan insan axını baş verərsə, həmvətənlərə necə kömək etmək məsələsini hökumət tərəfdaşları ilə müzakirə etsin”, - o bildirib. Sezar pizza

Paşinyan bir daha xatırladıb ki, yaşayış üçün 40 mindən çox yer hazırlanıb (B planı), qida və dərman məsələləri həll olunub:

“Biz hazırıq və hazırlaşmağa davam edirik. Bu, Qarabağdan olan həmkarlarla razılaşdırılmış mövqedir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!