Nişan mərasimi keçirənlər cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Nişan mərasimi keçirənlər cərimələndi

Sosial

31 Mart 2021 15:30 966


Goranboy Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Qızılhacılı kəndi ərazisindəki fərdi yaşayış evlərinin birində nişan mərasimi keçirilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, 9 nəfər saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək cərimə edilib. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!