Novruz Məmmədovla nəvəsinin rəqsini bu məşhur xanım müğənni yayıbmış - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Novruz Məmmədovla nəvəsinin rəqsini bu məşhur xanım müğənni yayıbmış - Açıqlama

Şou

24 Aprel 2022 14:40 1203


Xəbər verdiyimiz kimi, keçmiş Baş nazir Novruz Məmmədovun nəvəsi Qasımın kiçik toyu olub. Çoxdandır görünməyən N.Məmmədovun nəvəsinin kiçik toyundan görüntülərinin yayılması müzakirələrə səbəb olub. Kiçik toy məclisi Bakıda bahalı restoranlardan birində keçirilib. Daha sonra Novruz Məmmədov onun görüntülərini çəkən şəxsin kim olduğunu bilmədiyini qeyd etmiş və onun haqda sərt ifadələr bildirmişdi.

Yenisabah.az xəbər verir ki, Novruz Məmmədovun nəvəsi ilə rəqs videosunu və başqa özəl görüntüləri həmin kiçik toy məclisində iştirak edən Əməkdar artist Elza Seyidcahan çəkib. O, açıqlamasında  bunu təsdiq edib.

"O ailə çox gözəl ailədir. Hamı kimi mən də Novruz müəllimi çəkmişəm, paylaşmışam. Mənimlə bərabər başqaları da çəkib, bilmirəm, indi onlar paylaşıblar? Burada nə var ki, məclisdir də iştirak etmişik, əylənmişik, paylaşmışıq. Mən gördüm ki, başqaları da çəkir, mən də çəkdim paylaşdım". Manşet.az pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!