“Noyabrın 10-da Araik Arutyunyan vertolyotla Bakıya aparılacaqdı, amma...” - Erməni məmurdan   ŞOK AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

“Noyabrın 10-da Araik Arutyunyan vertolyotla Bakıya aparılacaqdı, amma...” - Erməni məmurdan ŞOK AÇIQLAMA

Siyasət

17 Fevral 2021 22:35 2777


Qarabağda müharibəni Rusiya dayandırdı, əgər müharibə noyabrın 9-da axşam dayandırılmasaydı aydın idi ki, noyabrın 10-da Araik Arutyunyanı vertolyotla Bakıya aparacaqdılar. Orada onu telekameralar qarşısında oturdub əmr edəcəkdilər ki, Qarabağ ermənilərinə müraciət etsin.

Yenisabah.az xəbər verir ki, bu sözləri Ermənistanın Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri Edqar Kazaryan Yerevanda fevralın 17-də keçirdiyi mətbuat konfransında deyib.

“Aydın idi ki, Azərbaycan Dağlıq Qarabağın bütün ərazisi üzərində total nəzarət təmin etməli idi. Belə olan halda Qarabağda Rusiya sülhməramlıları olmayacaqdı. Onlar isə (ruslar) istənilən halda Dağlıq Qarabağda olmalı idilər, çünki bu Rusiya Federasiyasının çoxdankı istəyi idi. Bu, o halda baş verə bilərdi ki, əgər müharibə noyabrın 9-da dayandırılsın və məhz həmin gün Rusiya onu dayandırdı. Ona görə də daha bizim Dağlıq Qarabağ üzərində nəzarətimiz yoxdur. Dağlıq Qarabağ daha ermənilərin deyil.  Dağlıq Qarabağın böyük hissəsini azərbaycanlılar alıb, rusiyalılar isə kiçik ərazini özlərinin geosiyasi problemlərinin həlli üçün xilas edə biliblər”,- Kazaryan bildirib.  /Virtualaz.org


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!