Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Nura oğluyla bağlı sirləri açdı:  “15 gün gizlətdim“
02 Avq 2021 15:37
1398

Nura oğluyla bağlı sirləri açdı: “15 gün gizlətdim“

Müğənni Nura Suri oğlunun qəzaya düşməsindən danışıb.

Yenisabah.az baku.ws-ə istinadən xəbər verir ki, “10-da görüşək” proqramına qonaq olan sənətçi, oğlu Xosrovun qəzaya düşməsini yerli mətbuatdan gizlətdiyini etiraf edib. O övladının keçirdiyi qəzadan əvvəl zəhərləndiyini deyib:

“Mən bu hadisəni yerli mətbuatdan gizlətdim. 15 gün əvvəl olmuşdu. Sadəcə 3-4 nəfər bildirdi. Qəza baş verən gün oğlumla telefonla danışdıq. O təyyarə ilə Los-Ancelesdən San-Fransiskoya getmişdi. Təyyarədə nəsə yeyib zəhərlənmişdi. Oraya çatan kimi dostunun evinə gedib. Orada hal pisləşib, qaytarıb.

Daha sonra geri qayıdıb. Təyyarəyə bilet olmadığından maşınla qayıdası olub. 5-6 saatlıq yoldur. Mənə dedi ki, zəhərlənmişəm Los-Ancelesə qayıdıram. Mən onun bu halda yola çıxmasını istəmirdim.

Dedim bir otel tap orada qal, yat, zəhərlənmisən huşunu itirə bilərsən.

Səhər oyananda özümü pis hiss edirdim. Bildim ki, övladımın başına nəsə pis bir şey gəlib. Sonra qızla əlaqə saxladıq.O dedi ki, Xosrov itib, tapa bilmirik.

24 saat axtarılıb. Bu müddət ərzində bütün limfa vəzilərim şişdi. Oğlum qəzaya düşəndə maşın aşıb, huşunu itirib. Sənədələri falan hamısı maşında gedib. Onu adsız kimi qeydiyyata alıblar. Sonradan bir dənə telefonu tapıldı. Ayılanda deyib ki, qardaşımın “Instagram”ına yazın. Biz onu elə tapdıq. Ayılmasa idi tapa bilməzdik”.

Nura oğluyla bağlı sirləri açdı:  “15 gün gizlətdim“
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər