Nura Suri yeməkdən şikayətçidir: “Sifarişi verirsən, amma...“

saytların hazırlanması

Evə çatdırılma

Nura Suri yeməkdən şikayətçidir: “Sifarişi verirsən, amma...“

Şou

08 Oktyabr 2021 12:19 1050


"Hər dəfə özümə söz verirəm ki, susum, amma alınmır. "Wolt"dan neçənci dəfədir ki, sifariş veririk (oğlum Davidin istəyi ilə) hər dəfə bir problem çıxır".

Yenisabah az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb.

Sənətçi "Wolt" vasitəsilə pizza sifariş verdiyini, amma sifarişinin yarımçıq çatdırıldığını açıqlayıb: pizza mizza

"Blogerlərə pul verib reklam etməklə iş bitmir. İşinizi keyfiyyətli edin yetər. Neçənci dəfədir pizza və sair kimi yanında barbekü sousları sifariş edib pulunu ödəyirik. Yemək gəlir, 50 qəpiklik souslar gəlmir. Uşaq bu yeməyi sifariş edəndə yanında bu ziyanlı sousu da istəyir axı. Niyə belə məsuliyyətsiz yanaşırsız axı müştərilərə? Bunlar xırda məsələdir, amma xoş deyil".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!