Əməkdar artist Nüşabə Ələsgərli həmkarı Şəbnəm Tovuzlunun toyların birində ona verilən bəxşişi nümayiş etdirməsi məsələni münasibət bildirib.
Yenisabah.az xəbər verir ki, bu barədə o, “Xəzər axşamı” verilişində danışıb:
“Bu məclislərin də müəyyən qonorarı var. Əlavə olaraq toyda nəsə bağışlayırlar. Vaxtı ilə mənə də qızıllar bağışlayıblar. O vaxt göstərməmişik. Göstərəndə də nə olar ki?! Mən belə şeyə pis baxmıram. Həm də təqdim etməyin forması var. Məsələn, mənə toyda pul verən kimi əlimdə sıxıram ki, görünməsin. Daha sonra köməkçim gəlir, ona verirəm. Toyuqlu pizza
Mən o pulu əlimdə sağa-sola nümayiş etdirmirəm. Yəqin ki, sırf bu tamaşaçıları qıcıqlandırır. Sadəcə toyda pul veriləndə kamera qarşısında oynatmayın”.
Telegram kanalımız