ABŞ və müttəfiqlərinin hərəkətləri nəticəsində Koreya yarımadasında və bütün regionda hərbi-siyasi vəziyyət pik həddə çatıb.
Yenisabah.az Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadla xəbər verir ki, bu barədə Şimali Koreya XİN-in bəyanatında deyilir.
Bəyanatın davamında Şimali Koreyanın ABŞ-ın nüvə silahından istifadə edərək istənilən təhdid və hərbi ssenarisi ilə mübarizə aparmağa qadir olduğu bildirilir: pizza sifarişi
"Pxenyan ABŞ-ın "nüvə silahına qarşı nüvə silahı və hərtərəfli qarşıdurmaya qarşı hərtərəfli qarşıdurma” prinsipini rəhbər tutacaq və istənilən hərbi səyə cavab olaraq ən sərt tədbirə əl atacaq.
Bu bəyanat ABŞ-ın müdafiə naziri Lloyd Austinin Cənubi Koreyaya səfər etdikdən sonra verilib. O, Vaşinqtonun Cənubi Koreyanı qorumaq üçün həm ənənəvi, həm də nüvə çəkindirici vasitələrdən istifadə etməyə sadiq olduğunu deyib. İki ölkənin müdafiə nazirlərinin birgə bəyanatına görə, onlar builki birgə təlim və təlimin səviyyəsini və miqyasını daha da genişləndirmək və gücləndirmək öhdəliyi götürüblər.
Telegram kanalımız