Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“O itin bir günü 100 dollardır“  - Oqtay Əliyev
16 Sen 2021 22:00
5601

“O itin bir günü 100 dollardır“ - Oqtay Əliyev

“Soy” prodakşnın rəhbəri Oqtay Əliyevin Yenisabah.az-a müsahibəsi:

- Oqtay bəy, son vaxtlar demək olar ki, ciddi mövzuda olan filmlərə yer verilmir. Daha çox komediya janrında olan filmlər çəkilir. Səbəb olaraq da onu göstərirlər ki, komediya izləyənlərin sayı çoxdur. Bu qənaəti bölüşürsünüzmü?

- Komediya filmləri, komediya tamaşaçıları kütləvi təbliğatdır. İnsanlar da buna daha çox meyillidirlər. Məsələn “Bəxtiyar” filmində ən çox tamaşaçıların sevdiyi və ləzzət etdiyi hissəsi həmin o konsertdə triyonun rəhbəri Ağabalanım oynadığı parçadır.

Komediya çox rahatdır. Komediyada elə də möhtəşəm kadrlara, cəngavərlərə, atlara ehtiyac yoxdur. Gündəlik həyatımız təsvir edilir. Yaxşı komediyalar yazan olsa, möhtəşəm olar. Komediyada gündəlik həyatımız, ev-eşik, maşın əks olunur. Komediyaya hamı baxıb, gülür. Sevinir, əl çalır. Bayramda, xoş günlərdə də baxırlar. Tarixi filmlər çox çətindir. Qiyməti, kirayəsi, aktyorların qalmağı çox baha başa gəlir. Ona görə də bu işə heç kim girişmir. Ciddi filmləri çəkmək çox çətindir. Hətta Rusiya belə bu məsələyə girişmir.

- Ciddi mövzulu filmlərə sponsorlar da yardım etmirlər. Etinasız yanaşırlar. Maraqlıdır, ciddi mövzulu filmlərin ərsəyə gəlməsindən niyə bu qədər qorxurlar?

- Cidd filmlərin çəkilişi çox çətindir. Amma həqiqətən də yaxşı ciddi fimlər olsa, düzgün reklam edilsə, texniki baxımdan yüksək səviyyədə çəkilişlər etsələr, təbii ki, tamaşaçı gedib, ona da baxacaq, sponsor da həmin filmə gələcək.

Hər hansı bir rejissor yaxınlaşır sponsora və yaxud da tamaşaçıya deyir ki, mən Xətai haqqında film çəkirəm. Həmin filmdə vuruşma səhnələri olacaq. Tutaq ki, “Möhtəşəm Yüzyıl” kimi... Təbii ki, geyimləri, dekorasiyası, film tempi, çəkilişi, mənbəyi hazırlanmalıdır. istənilən sponsor ona beş əlli razı olur. Hamısı deyir ki, Azərbaycanın milli-mənəvi dəyərləridir və biz burada mütləq iştirak edəcəyik.

Amma vaxt gəlib, çəkilişə çatanda məlum olur ki, nə sponsorun verəcəyi pul onun çəkilməsinə yetərli olur, nə də qabiliyyətləri.

- Sizcə, ciddi tərz filmləri çəkə biləcək rejissorlarımızmı püxtələşməyib, yoxsa texnikalarımız yoxdur?

- Türkiyəni götürsək, tarixi serialın 1 seriyasını 200 minə çəkirlər. Bizdə isə bir dövlət filminə 600-700 min pul ayırırlar. Bunun bir seriyası bizim bir filmimizdən bahadır. Deməli ona görə də bizə böyük pullar lazımdır ki, həmin filmlər çəkilsin, o da yoxdur. Bizdə elə tərz filmləri çəkə biləcək rejissorlar püxtələşməyib, yoxdur. Vaqif Mustafayev 44 günlük müharibə haqqında film çəkir. Əsas hissə erməni tərəfidir. Məqsəd onların hansı əclaflıqları elədiklərini göstərməkdir. Bir-iki yerlər var ki, orada müharibə səhnələri olmalıdır. İcazələr alınandan sonra baxdılar, gördülər ki, bizdə o sahə üzrə inkişaf yoxdur. Yəni bombanın partlamağı, göydən insanın uçmağı... Xaricdən Gürccüstandan kaskadyorlar dəvət etdilər. Bizim öz bazamızda bunların heç biri yox idi.

Amerikanın özündə də elə filmləri çəkəndə dava səhnələri, at çapma, onları başqa rejissor çəkir. Dramatik, meladrama hissələrini isə başqa biri.

- Bu gün ciddi mövzulu tarixi filmlərimizlə bağlı böyük problemlərimiz var. Həmin tarix pis günə qoyulacaqsa, çəkilməsə ondan daha yaxşıdır. Tamaşaçıya şablon səhnə lazım deyil. Oqtay bəy, bəs sizin fikrinizcə, tamaşaçıya nə göstərilməlidir?

- Filmlə bağlı o qədər problemlər var ki.. Bu səbəbdən tarixi, möhtəşəm sənət əsərlərinə girmək olmaz. Adın qoyacaq ki, mən Xətainin həyatı haqqında çəkirəm. Götürüb pis günə qoyualacaqsa, bir otaqda oturub danışacaqsa, heç nə göstərməyəcəksə lazım deyil. “Şah sağolsun, düşmən artıq bizim qalanı aldı”. Bunlar gərəksizdir. Sən onun vuruşmaqlarını, nəticəni göstərməlisən.

Çinlilərin filmləri var ki, birdən-birə 1 milyon ox göydə vıyıldayır. Bunları edə bilməyəndə şikəst olur. Bunu da heç kəs istəmir.

- Ciddi mövzulu fimlərin çəkilməsinə dövlət çox böyük miqdarda pul ayırsa, rejissorlarımız da xaricdən gətirilən peşəkar rejissorlarla birgə çalışsa, komediya filmlərindən can qurtara bilərikmi?

- “Yarımçıq qalmış xatirələr” filmi var. Mövzu budur ki, Birinci Qarabağ müharibəsində yaşlı bir kişi ermənilərlə vuruşur, ermənilər də bunu öldürür. Yanlarında da bir rus hərbçisi olur. Rus hərbçisi gəlib görür ki, bir xatirə kitabçası var. Açır onu oxuyur. Orada yazılıb ki, “1941-ci ildə mən Belarusiyada vuruşurdum”.

Keçirlər o dövrdəki hadisələrə. Almanlar, vuruşan itlər... Belarusiyada almanlardan qalan məkanlar var. Bu dəqiqə Belarusiyada onları kirayə veriblər. Hətta orada döyüşən itlər var. Gülə ilə vursan özünü ölü kimi yerə atır. O itin 1 günü 100 dolardır. Bütün geyimlər, aktyorlar Belarusiyadadır. Bu gün bizdə alman paltarı yoxdur. Tikdirmək də baha başa gəlir. Belə problemlərimiz var.

Xarici rejissor gəlib “Əli və Ninon”u çəkdilər. Çox çətindir. Ora ancaq dövlət girişməlidir. Dövlət çox böyük miqdarda pul verməlidir. Nəticəni də əldə etməkdən ötrü çalışmalıdırlar.  100 faiz əminəm ki, bizim rejissorların iştirakı ilə, operatorların texniki heyətinin iştirakı ilə xaricdən peşəkarlar gəlməlidir, bizimkilərdə peşəkarların işinə baxıb, peşəkarlaşıb, növbəti dəfə özümüz çəkməliyik.

Nəzrin Vahid 

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər