Oğluna 1500 qonaqla toy edən deputat cəzalandırıldı - Video
22 Sen 2020 22:55
534

Oğluna 1500 qonaqla toy edən deputat cəzalandırıldı - Video

Karantin tədbirlərinə əməl etməyərək oğluna toy edən türkiyəli deputat cəzalandırılıb. 

Yenisabah.az Türkiyə mediasına istinadən xəbər verir ki, AKP-nin Kocaelidən olan millət vəkili Cəmil Yaman oğlunun toyuna 1500 nəfər qonaq dəvət edib. Tətbiq olunan 1 saatlıq limiti keçən və məclisdə yemək verən deputat 6 min 360 lirə cərimələnib.

Həmçinin toyun təşkilinə görə Karayolları müdirliyinə də 6 min 360 lirə cərimə təyin olunub. Qida tədarükü edən şirkətə isə 3 min 180 lirə pul cəzası verilib.

Qeyd edək ki, toy 2 həftə əvvəl baş tutub. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər