Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Oktay Gülalıyevə baxan tibb işçilərinə maaş verilmir? -  RƏSMİ AÇIQLAMA
27 Apr 2021 13:30
381

Oktay Gülalıyevə baxan tibb işçilərinə maaş verilmir? - RƏSMİ AÇIQLAMA

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyin (TƏBİB) hüquq müdafiəçisi Oktay Gülalıyevin ev şəraitində müalicəsinin təşkili üçün təhkim olunan tibb işçilərinə maaşlarının verilməməsi ilə bağlı deyilənlərə münasibət bildirib.

TƏBİB-dən Yenisabah.az-a bildirilib ki, O.Gülalıyevin müalicəsi üçün 3 tibb bacısı və 3 kiçik tibb bacısı təhkim olunub.

"Həmin tibb bacılarına 3 aydır ki, maaş verilməməsi barədə məlumat həqiqəti əks etdirmir. Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun baş həkimi Nizami Nəbiyev bildirib ki, tibb bacılarına dövlət tərəfindən tənzimlənmiş əmək haqları hər ay ödənilir. Oktay Gülalıyevin normal həyata geri dönə bilməsi və ayağa qalxması həkimlərimiz əlindən gələni edir"- deyə məlumatda bildirilir.

Qeyd edək ki, hüquq müdafiəçisinin oğlu Təbriz Güalıyev feysbuk sosial şəbəkəsində atasına baxan tibb işçilərinə üç aydır maaşlarının verilməməsini və bu səbəbdən müalicənin dayandırılması ilə bağlı paylaşım etmişdi.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər