"Kurtlar Vadisi" serialındakı "Ömər Baba" obrazı ilə tanınan aktyor Emin Olcay Silivri prokurorluğuna çağırılıb.
“Yeni Sabah” xəbər verir ki, aktyor keçmiş MİT zabiti Kaşif Kozinoğlunun ölümü və serialın ssenarisinə dair yenidən açılan istintaq çərçivəsində şahid qismində dindirilib.
Ssenaridəki bəzi detalların kənardan sızdırıldığını şübhə etdiyini bildirən Olcay ifadəsində məsələ ilə bağlı bildiklərini prokurora danışdığını və ədalətin bərqərar olacağına ümid etdiyini qeyd edib. pizza sifarişi
Xatırlatma: Kaşif Kozinoğlunun adı Əbülfəz Elçibəyin də əks olunduğu fotoya görə Azərbaycanda müzakirə mövzusu olmuşdu.
Telegram kanalımız