“Ömür boyu “Nə oldu Paşinyan?” sözünü eşidəcəksiniz...” - Erməni politoloq

saytların hazırlanması

Evə çatdırılma

“Ömür boyu “Nə oldu Paşinyan?” sözünü eşidəcəksiniz...” - Erməni politoloq

Siyasət

07 Yanvar 2021 00:20 1223


“Siyasi təfəkkür” ictimai təşkilatının rəhbəri, erməni politoloq Narek Samsonyan baş nazir Nikol Paşinyanın koronavirusla əlaqədar özünü cəmiyyətdən təcrid etməsinə münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, erməni politoloq baş nazirin tezliklə ömürlük izolyasiya olacağına əminliyini ifadə edərək Nikol haqqında Azərbaycan dilində məşhur olmuş ifadəni işlədib.

“Ömür boyu özünü təcrid etməyə ehtiyacın olacaq. Amma bunu uzun müddət gözləməyəcəksən, tezliklə ömürlük təcrid olunacaqsan. Sənin və arvadının öldürdüyü 5 min gəncin səsindən özünüzü “təcrid” edə bilməyəcəksiniz. Siz on minlərlə evsiz qalan şəxsin səsindən özünü “təcrid” edə bilməyəcəksiniz. Bütün həyatınız boyu və əlbəttə ki, ondan sonra da əziyyət çəkəcəksiniz. Daim özünüzə doğma olan dildə (Azərbaycan dili-red) bu sözləri eşidəcəksiniz - “Nə oldu Paşinyan?”, - politoloq əlavə edib.  /Virtualaz.org


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!