“Onun-bunun hesabına sənətə gəlib...“ - Elza   ƏSƏBLƏŞDİ

saytların hazırlanması

Evə çatdırılma

“Onun-bunun hesabına sənətə gəlib...“ - Elza ƏSƏBLƏŞDİ

Şou

21 Avqust 2020 15:27 1410


"Savadsız müğənnilər var, onlara bunu keçmək olar. Amma tərbiyəsi olmayan, ailə tərbiyəsi görməyib, böyük-kiçik saymayanlar var. Xalqın sayəsində ortalığa çıxıb, insanları bəyənməyənlər var".

Yenisabah.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Ən yaxşısı" verilişində deyib. Müğənni aylar əvvəl verdiyi konsertində yaşadıqlarından danışıb:

"Konsertim zamanı çox şey gördüm. Bilet yazmışam, gəlib götürəndə görüb birinci sırada deyil, atıb. Biri də var, brend geyinir, onun-bunun hesabına sənətə gəlib. Konsertə dəvət edirik, kürəkənimə deyib ki, sıranı deyin, birinci yer deyilsə gəlmirəm. Dediklərimin ikisi də qadındır. Qərara gəldim ki, bundan sonra heç kimə dəvətnamə göndərməyəcəm. pizza

Dünən sənətə gələnlər klip təqdimatı edirdi, prodüseri zəng vurub çağırırdı. Sən kimsən ki, mənə prodüserin zəng edir?". Axşam.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!