“Tik-Tok”da qazandığım pul xalqdan gəlir və o pulu xalqa da geri qaytarıram. Açıqlamayacağam necə, nə cür... Deyirlər ki, Kənan “Tik-Tok”dan qazanır. Sən də Kənan Mahmudov ol, sən də qazan. Haradansa pul qazanıramsa, bildirmək istəyirəm ki, həyatımın 20 ilini incəsənətə qurban vermişəm. Onlar da açsınlar canlı yayım. Baxsınlar ki, onlara mənə göndərdiklərindən verəcəklər?! “Damara baxıb, qan alarlar”. Məsələ də budur”.
Yenisabah.az xəbər verir ki, bu sözləri bizim.media-ya aktyor və rejissor Kənan Mahmudov deyib.
Bir müddət əvvəl aktrisa Pərvin Abıyevanın “Tik-Tok” sosial şəbəkəsindən 35.000 dollar pul qazanması müzakirələrə yol açıb. Sözügedən platformadan aktiv şəkildə istifadə edən Kənan məsələyə bu cür münasibət bildirib. Pepperoni pizza
“Maşallah olsun. Pərvinin sağ əli bizim başımıza. Qadınların “Tik-Tok”da oyun oynayıb, pul qazanması daha çox və artıqdır. Bir də orada keçirdiyin saat var. Mən “Nia” ilə 1-2 saat oyun oynayıb, çıxıb, gedirəm. Qazanc məsələsinə gədikdə isə, təbii ki, daha çox uduram. Çalışıram ki, tamaşaçı ilə aramda pərdəni qoruyub saxlayım.
Tanımadığım insanlarla “Tik-Tok”da canlı yayım açmıram. Canlılarda qalmaqal çox olur. Canlı yayım bizim “atamızın evi” deyil. Orada özümüzü istədiyimiz kimi apara bilmərik. Qarşı tərəf aqressiv olar, sənə elə söz deyər ki, 20 illik topladığın hörmət yerə vurular və o hörməti geri qaytara bilmərsən. Bu səbəbdən çalışıram canlıları tanıdığım və ərkim çatdığı insanlarla açım”.
K. Mahmudovun müğənni həyat yoldaşı Aygün Şükürovanın qonaq olduğu “Həmin Zaur” axşam şousunda söylədiyi “Mən Kənanı qısqanmıram” sözlərinə isə aktyor belə reaksiya verib:
“Qısqanclıq sevgi əlaməti deyil, güvənsizlik əlamətidir. Canlı yayımları evdə açıram. Bunu da hamı görür. Qısqanclıq olsa, daha çox qıcıqlanacağam. Kişilərə heç nəyi qadağan etmək olmaz. Kişi o zaman meylini qadağaya daha çox salır”.
Telegram kanalımız