Orban xalqa müraciət etdi: “Qorxmalı olduğumuz...”

saytların hazırlanması

Evə çatdırılma

Orban xalqa müraciət etdi: “Qorxmalı olduğumuz...”

Siyasət

15 Fevral 2026 09:59 542


Macarıstanın Baş naziri Viktor Orban bir daha Avropa İttifaqı (Aİ) hakimiyyətini tənqid edərək qeyd edib ki, "azadlığı sevənlər bu fikrə alışmalıdırlar ki, qorxmalı olduğumuz Şərq deyil, Brüsseldir".

"Yeni Sabah" xəbər verir ki, bunu siyasətçi xalqa illik müraciətində açıqlayaraq, qarşıdan gələn parlament seçkilərindən əvvəl Aİ-nin "repressiv mexanizmini" dağıtmağı vəd edib.

"Putin haqqında qorxu dolu ifadələr primitiv və mənasızdır. Bununla belə, Brüssel reallıqdır və dərhal təhlükə mənbəyidir", - deyən Orban Aİ-ni ötən əsrdə onilliklər ərzində Macarıstana hakim olan repressiv Sovet rejimi ilə müqayisə edib./Report pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!