Ordubadda qohumlar arasında münaqişə qanla bitdi

Ordubadda qohumlar arasında münaqişə qanla bitdi

Kriminal Veb saytların hazırlanması

17 Noyabr 2023 20:44 1247


Ordubad rayonuna qonaq gələn 39 yaşlı kişi bibisi oğlu tərəfindən bıçaqlanıb.

Yenisabah.az xəbər verir ki, hadisə rayonun Nəsirvaz kəndində qeydə alınıb.

Kənd sakini, 1979-cu il təvəllüdlü Yalçın Yaqub oğlu Məmmədov kəndə qonaq gələn dayısı oğlu, Kəngərli rayon sakini, 1984-ü il təvəllüdlü Fazil İbrahim oğlu Bayramovu bıçaqlayıb.

Yaralı təcili olaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

İlkin olaraq, hadisənin tərəflər arasında yaranan münaqişə zəminində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!