Ordumuz Sarkisyanın şəxsən təltif etdiyi erməni hərbçini məhv etdi

saytların hazırlanması

Evə çatdırılma

Ordumuz Sarkisyanın şəxsən təltif etdiyi erməni hərbçini məhv etdi

Hadisə

05 Oktyabr 2020 15:14 3289


Azərbaycanın işğal altında olan torpaqlarında 2016-cı ilin aprelindəki dördgünlük müharibə zamanı mükafatlandırılan daha bir erməni hərbçi məhv edildi.

BAKU.WS xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi məhv edilən daha 21 hərbçinin adını açıqlayıb. Onların arasında Rudik Arkadyeviç Malxasyan adlı şəxs də var. O, müddətdən artıq hərbi xidmət qulluqçusu olub.

Məlumata görə, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan separatçı rejimin rəhbəri olan Bako Saakyanla birlikdə 4 il öncə hərbi hissəyə səfəri zamanı R.Malxasyanı mükafatlandırmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!