Buraxılış və qəbul imtahanlarında abituriyentlərin ən çox çətinlik çəkdiyi fənn riyaziyyatdır. Azərbaycan dilindən və xarici dildən yüksək nəticə göstərən abituriyentlər bu fəndən axsayırlar. Buna səbəb nədir? Riyaziyyat mürəkkəb fənn olduğu üçün məktəblilər onu qavramağa çətiklik çəkir, yoxsa o, orta məktəblərdə yaxşı tədris olunmur?
Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı Yenisabah.az-a açıqlamasında bildirib ki, nəticənin zəif olmasında birinci səbəbi dərsliklər, ikinci səbəbi müəllimlərdir:
“Tədris proqramına baxsaq, 1-ci sinifdən 11-ci sinifə qədər keçirilən 2 fənn var ki, ən aşağı nəticələr onlarda olur: riyaziyyat və inglis dili. Dördpendirli pizza
Son 2 ildə buraxılış və qəbul imtahanlarının nəticələrini təhlil də göstərir ki, riyaziyyat fənnindən nəticələr çox aşağıdır. Bunun bir neçə səbəbi var.
Birincisi, orta məktəblərin riyaziyyat kitabı ali məktəbin dərsliyindən heç nə ilə fərqlənmir. Orta məktəblərdə keçirilən riyaziyyat Avropa və Amerikada keçirilən proqramdır. Kitablarımız hədsiz dərəcədə qəlizdir. Şagirdlərin yaş xüsusiyyətinə və yaş psixologiyasına uyğun deyil.
Müəllimlərində diaqnostik qiymətləndirmə və MİQ ballarına baxsaq, görərik ki, nəticələr o qədər də yüksək deyil”.
Təhsil eksperti bildirib ki, riyaziyyat çox böyük sahədir:
"Çox ağır mövzular orta məktəbdə dərs kimi salınıb. Hər biri üzrə bir müəllim olmalıdır, bir müəllim bütün sahələr üzrə dərs keçir. Loqarifma universitetlərdə bir smestr keçirilən mövzudur. Sanki orta məktəbdə elmi dərəcəli mütəxəsis yetişdirməyə çalışırıq.
Bir riyaziyyat müəllimi bütün mövzuları bilə bilməz. Üstəlik, buraxılış imtahanında riyaziyyat imtahanları hədsiz çətin salınır. Fikrimcə, buraxılış imtahanları sadələşdirilməlidir. 1-ci qrupla 3-cü qrup üçün riyaziyyatdan eyni suallar tərtib etmək olmaz, sadələşməliyik”.
Şəhla AĞAZADƏ
Telegram kanalımız