Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Özəl olaraq sizə deyirəm ki, verilişin adı “Bu şəhərdə 2050” olacaq...”
19 Sen 2021 23:05
1693

“Özəl olaraq sizə deyirəm ki, verilişin adı “Bu şəhərdə 2050” olacaq...”

“Bu şəhərdə” komandası yeni mövsümdən ATV kanalında verilişlə tamaşaçıların görüşünə gələcək.

Bu haqda “Bu şəhərdə” yumor komandasının senaristi Moderator.az-a özəl açıqlama verib.

“Okyabr ayından etibarən ATV kanalında yeni verilişlə tamaşaçıların görüşünə gələcəyik. Özəl olaraq sizə deyirəm ki, verilişin adı “Bu şəhərdə 2050” olacaq. Adından da göründüyü kimi hər şey 2050-ci ildə baş verəcək. Rafael və Coşqunun ifasında yeni səhnəciklər olacaq, həm də efirdə yayımlanan və yayımlanmayan konsertlərimizdən görüntülər də yayımlanacaq. Bildiyiniz kimi 21 il ərzində “Bu şəhərdə” prodakşın olaraq ayrı-ayrı kanallarla əməkdaşlığımız olub. Hamısı ilə də gözəl münasibətimiz var. O cümlədən də ATV kanalı ilə. ATV kanalı bizə doğma və əziz kanaldır. Kanaldan bizə təklif gəldi, biz də sevərək razılaşdıq. Hələ ki, bir televiziya mövsümü üçün razılaşmışıq. Böyük ehtimalla bir yox, iki ayrı layihə ilə biz efirə çıxacağıq. İkinci layihənin hələ ki, müzakirəsi gedir” deyə o bildirib.

Müşfiq Abbasov “Bu şəhərdə”-nin yutub kanalından da söhbət açıb.

“Bilirsiniz ki, artıq bir neçə aydır ki, yutub səhifəmizdə “Qaynananın vəsiyyəti” serialı yayımlanır. 22 seriyası var kanalımızda, ardı da çəkilir. İnşallah bu serial da ATV kanalında yayımlanacaq. Kanal tərəfindən bizim çəkilişlər üçün hər cür imkan yaradılıb. Hər şey gözəldir. Qaldı yaradıcılıq tərəfi, bu da bizim üzərimizə düşür. Çalışacağıq ki, ən baxımlı kanalda, ən baxımlı layihələrə imza ataq. Düzdü, yutub bizə qazanc gətirir, amma çəkilişlərimizi elə keyfiyyətdə aparırıq ki, bizim xərclərimiz çox olur. Hər ay ən azından 2 min manat öz cibimizdən pul qoyuruq ki, onu yüksək səviyyədə saxlayaq. İndi bizdə 500 mindən çox izləyici var. Ölkənin reytinqli, baxılan kanallarından biridir. Ona görə də sponsorsuz mümkün deyil. Bizdə də sponsor var, dəstəkdirlər. Hansı ki, onların da yutub reklamına ehtiyacları var. Bilirsiniz ki, son vaxtlar bir çox şirkət və brendlər öz mallarını sosial şəbəkələrdə reklam etməyə üstünlük verirlər. Bu da təbii ki, zəmanənin tələbidir. Yutubumuzda yarım milyondan çox izləyici olsa da bizim əsas baxış kütləmiz daha çox yaşlı təbəqədir. Televiziya ilə müqayisədə yutubda auditoriyamız azdır. Tamaşaçımız daha çox konsert salonlarında və televiziya efirlərində bizə baxmağa üstünlük verirlər. Heydər Əliyev adına sarayda bizdən çox konsert verən olmayıb. Hər doğum günümüzü Heydər Əliyev adına sarayda qeyd edirdik, çox təəssüflər olsun ki, pandemiyaya görə 20 illik yubileyimizi qeyd edə bilmədik. Pandemiyada Azərbaycanda və xaricdə 10-dan çox konsert təxirə salmışıq. İnşallah qismət olsun tezliklə tamaşaçılarımızla görüşək” - deyə Müşfiq Abbasov bildirib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər