Özü ayrılsa da, qardaşı vəzifəsini davam etdirir

saytların hazırlanması

Evə çatdırılma

Özü ayrılsa da, qardaşı vəzifəsini davam etdirir

Sosial

25 Sentyabr 2021 19:10 3241


Xəbər verdiyimiz kimi, bu ayın əvvəlində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsindən istefa verən Ramin Bayramlı dünən Azərbaycan Tibb Universitetindəki (ATU) işindən də ayrılıb.

Qaynarinfo-ya Ramin Bayramlının bir qardaşının da fizika müəllimi olduğuna dair məlumat daxil olub. Məlum olub ki, atası müəllim olan Ramin Bayramlının qardaşı da müəllimdir. 

Razim Baba oğlu Bayramlı hazırda Bakı Mühəndislik Universitetində (BMU) Fizika kafedrasının müdiri vəzifəsində çalışır. O, bu ilin iyun ayında bu vəzifəyə təyin olunub.  Sezar pizza

Razim Bayramlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika fakültəsini bitirib. Elə həmin ali məktəbin eyni ixtisası üzrə magistratura təhsilini də alıb. 2018-ci ilə kimi Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasına Fizika üzrə fəlsəfə doktoruna kimi yüksəlib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Iman
    SALAM RAMIN BAYRAMLI COX SADE KORPE USHAQ KIMI SAF ADAMDI EGER O TUTULSA ONU MEHKEMESINE GELIB ETIRAZIMI BILDIRERDIM.QARDASHIDA ISHLEYIR YAXSHI EDIR ISHLESIN.
    5 years ago