Pakistan Milli Assambleyası Ermənistan təcavüzünü pisləyən qətnamə qəbul etdi

saytların hazırlanması

Evə çatdırılma

Pakistan Milli Assambleyası Ermənistan təcavüzünü pisləyən qətnamə qəbul etdi

Siyasət

28 Oktyabr 2020 20:01 800


Bu gün Pakistan Milli Assambleyası Ermənistanın Azərbaycana qarşı təcavüzünü və Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı qəddar hücumlarını qəti pisləyən qətnamə qəbul edib.

Yenisabah.az xəbər verir ki, qətnamə deputat, sabiq spiker Sərdar Ayaz Sadiqin təşəbbüsü ilə Assambleyaya təqdim olunub və yekdilliklə təsdiqlənib.

Xatırladaq ki, 2012-ci il fevralın 1-də Pakistan Senatının Xarici əlaqələr komitəsi, 2017-ci il fevralın 2-də isə Pakistan Milli Assambleyasının Xarici işlər üzrə daimi komitəsi Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən və Xocalı soyqırımını tanıyan qətnamələr qəbul etmişdi. pizza hut

Hazırkı qətnamə isə bütövlükdə Pakistan Milli Assambleyasının mövqeyini əks etdirir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!