Pakistanda fövqəladə vəziyyət elan edildi

saytların hazırlanması

Evə çatdırılma

Pakistanda fövqəladə vəziyyət elan edildi

Dünya

26 Avqust 2022 16:16 964


Pakistanda musson yağışları səbəbindən fövqəladə vəziyyət elan edilib.

Ölkə daxilində 14 iyundan bəri davam edən leysan yağışlarında həlak olanların sayı 937-yə yüksəlib. 

Həyatını itirənlərin 343-ü uşaq, 198-i qadındır. Dominos pizza

Rəsmilər daşqınların 30 milyon insana təsir etdiyini və onların əksəriyyətinin köçkün düşdüyünü bildiriblər.

Ölkə üzrə 670 328 evə ziyan dəyib, 145 körpü dağılıb. Sel 3 082 kilometr magistral yolu da zədələyib.

Daşqınlarla mübarizə aparan Pakistana Dünya Bankı 350 milyon, Dünya Ərzaq Proqramı 110 milyon, Asiya İnkişaf Bankı 20 milyon və Böyük Britaniya 40 milyon dollar yardım göndərəcək./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!