Panama kanalından sürətli keçid üçün rekord məbləğdə ödəniş olundu

saytların hazırlanması

Evə çatdırılma

Panama kanalından sürətli keçid üçün rekord məbləğdə ödəniş olundu

Dünya

28 Avqust 2026 20:04 72


Mayeləşdirilmiş təbii qaz daşıyan gəmi suyun səviyyəsinin aşağı düşməsi səbəbindən buraxılışları məhdudlaşdıran Panama kanalından sürətli keçid üçün rekord məbləğ - 5.3 milyon dollar ödəyib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Panama kanalının administratoru İlya Espino de Marotta "Agence France-Presse" agentliyinə açıqlamasında bildirib.

"Son dövrlərdə kifayət qədər yüksək qiymətlərlə üç təklif almışıq", - deyə o, ödənilən məbləğin hazırda ən yüksək göstərici olduğunu vurğulayıb. pizza hut

Ötən həftə Panama kanalı administrasiyası bölgədə suyun səviyyəsinə təsir edən yağıntıların az olması səbəbindən gəmilərin gündəlik keçid sayını azaltmaq qərarına gəlib. Məhdudiyyətlərin tətbiqi yağıntı qıtlığı ilə əlaqələndirilib - son dörd ay ərzində kanal hövzəsində normadan 34%, hövzəyə su axını isə orta göstəricidən 44% az olub.

Kanal vasitəsilə tranzit imkanı əvvəlcədən qeydiyyat əsasında planlaşdırılır, lakin növbədənkənar buraxılış hüququ hərracda satıla bilər. Aprel ayında keçirilən belə hərracların birində, Hörmüz boğazının bağlanması səbəbindən tələbatın kəskin artmasından sonra karbohidrogenlərin nəqlinə yaranan kəskin ehtiyacla əlaqədar bir gəmi 4 milyon dollara qədər ödəniş etmişdi. Panama kanalı administrasiyasının məlumatına görə, 2025-ci ilin oktyabrından 2026-cı ilin fevralınadək olan dövr üçün təklifin orta qiyməti təqribən 55 min dollar təşkil edib. O vaxtdan bəri bu məbləğ orta hesabla üç dəfə artıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!