“Parkovşik mafiyası” ilə necə mübarizə aparılmalıdır?   - “Kimsən ki, sənə pul verim?!”

saytların hazırlanması

Evə çatdırılma

“Parkovşik mafiyası” ilə necə mübarizə aparılmalıdır? - “Kimsən ki, sənə pul verim?!”

Sosial

21 Yanvar 2022 22:39 2154


Ticarət mərkəzləri, restoranlar, böyük supermaketlər və digər ictimai iaşə obyektlərinin qarşısında qanunsuz parklama nəzarətçilərinin sayı demək olar ki, çoxalıb. Onlar bu obyektlər qarşısında maşın saxlayan adamlardan pul tələb edirlər.

Nəzərə alsaq ki, “Yol hərəkəti haqqında” qanunda belə bir ödəniş barədə müddəa yoxdur, onda parklama işçilərinin fəaliyyəti və yığdığı vəsait qeyri-qanuni hesab olunmalı deyilmi? “Parkovşik mafiyası” ilə necə mübarizə aparılmalıdır?

Yenisabah.az-a danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı bu parklama nəzarətçilərinin fəaliyyətini “reketçilik” adlandırıb: pizza mizza

“Bütün ticarət mərkəzlərinin, restoranların, marketlərin və şadlıq evlərinin bir inzibatçısı olur. Onlar da, adətən, yaxın adamlarını nəzarətçisi kimi işə düzəldir və gün ərzində toplanan vəsaitin “dalından keçir”. Bu biabırçılıqdır! İnzibatçının tamahı ucbatından “brend” restoran, yaxud şadlıq sarayının da adı bədnam olur”.

Mütəxəssisin sözlərinə görə, əslində, bütün məişət-aşə obyektləri və s. mütləq parklanma yeri nəzərə alınmalıdır:

“Parklanma yerinin mövcudluğu orada mütləq nəzarətçinin olması mənası vermir. Axı kimsən ki, sənə pul verim?! Qanunda ümumiyyətlə, parklanma nəzarətçisi anlayışı yoxdur. Qanunda bu var ki, sürücü parklanma yerinə daxil olanda ödəniş etməlidir və ödəniş dövlət qeydiyyatı olan aparat vasitəsilə həyata keçirilməlidir. Ödəniş müddətindən artıq qaldıqda əlavə ödənişi etməsə, sürücü cərimələnir. 

“Yol hərəkəti haqqında qanunun” 52-ci maddəsində bu hallar təsbit olunub. Orada yazılmayıb ki, parklama işçisi gələcək, sənə “xoş gəldin” deyəcək, qapını açacaq, 20 qəpik pul istəyəcək və s. Bu, bir növ, reketçilikdir”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Aziko
    Bezmişik day bunlardan. BDU Zahid Xəlilov küçəsində Megacity binasının qarşısında hələ biri var ki aman Allah bəlkə bunun kimisi birde özüdür. Tas 1manat. Pul vermeyenin arxasıyca soyus təhqir qulaqivi tut qaç. Kime güvənir bunlar? Ay millet. Kimdir axı bunlar. ?
    4 years ago
  • Anar
    Özbaşnalıq, nəzarətsizlik ve kimlərinsə qanadı altında olanlar. Üstəlik bu yer bir manat sen çox saxlamışam iki manat və s. Men 500 AZN emek haqqı alıram gün ərzində 20-30 yerde Bakı şəhərində işlə bağlı dayanma durma Qaraqan olunmayan yerde güclə yer tapıb ismi görürem. Men günde 30 manat pul verməliyəm bu ozbasna reketlik eden sarı jiletkalilara?bunları yığışdırın bunlara nəzarət eden niye yoxdu ?
    4 years ago