Parlamentdə nüvə sazişindən çıxma layihəsi var - Nazir

saytların hazırlanması

Evə çatdırılma

Parlamentdə nüvə sazişindən çıxma layihəsi var - Nazir

Dünya

28 Mart 2023 10:53 637


İran parlamentinə nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası üzrə danışıqlardan Tehranın çıxması haqqında qanun layihəsi təqdim olunub.

Yenisabah.az "Əl Cəzirə"yə istinadlaxəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.

O bildirib: “Parlamentdə nüvə sazişi üzrə danışıqlara son qoymaq üçün qanun layihəsi var, odur ki, dialoqun qapısı bağlana bilər”. Sezar pizza

Nazir vurğulayıb ki, İran bu ayın əvvəlində Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) baş direktoru Rafael Qrossi ilə rəsmi Tehran arasında əldə olunmuş razılaşmalar çərçivəsində əməkdaşlığa sadiqdir.

Martın 3-də Qrossi Tehrana ölkənin nüvə obyektlərində 84%-ə qədər zənginləşdirilmiş uran izlərinin aşkarlanması barədə məlumatlardan sonra səfərə gəlib. Qrossi İranın Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd Eslami ilə iki raund danışıqlar aparıb, həmçinin respublika prezidenti İbrahim Rəisi və xarici işlər naziri ilə görüşüb.

Səfərdən sonra verilən birgə bəyanatda İranın agentliyə yoxlama və monitorinq həyata keçirməsinə icazə vermək niyyəti, habelə Tehranın 3 nüvə obyektinə girişi təmin etməyə hazır olduğu qeyd edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!