Parlamentə istilik verilmədi, deputatlar qalın paltar geyindilər

saytların hazırlanması

Evə çatdırılma

Parlamentə istilik verilmədi, deputatlar qalın paltar geyindilər

Dünya

27 Noyabr 2022 21:08 1046


Almaniya parlamentinin bəzi deputatlarının iclaslar zamanı qalın paltar geyindikləri və şərf taxdıqları müşahidə edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Almaniyanın nüfuzlu "Der Spiegel" nəşri məlumat yayıb.

Bildirilib ki, parlamentdə ofis və konfrans otaqları yalnız 19 dərəcəyə qədər qızdırılır, dəhlizlər və foyelər ümumiyyətlə qızdırılmır. pizza mizza

İclasların birində Yaşıllar fraksiyasının həmsədri Renate Künast qalın gödəkçə, maliyyə naziri Kristian Lindner pencəyinin altından qalıb paltar geyinib, deputat Klara Qeivitz isə boynuna böyük şərf bağlayıb.

Bundestaq administrasiyasının məlumatına görə, ofislər tezliklə yenidən istiliklə təmin olunacaq. Lakin bu, bir qədər vaxt aparacaq.

Rusiyadan tədarükün azalması fonunda Almaniyada qazın qiyməti kəskin artıb, yayda hakimiyyət orqanları almanları daha az yuyunmağa və soyuq suda çimməyə çağırıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!