"2025-ci ilin ən vacib hadisəsi 8 avqustda Vaşinqtonda qeydə alınan hadisədir".
"Yeni Sabah" Armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
“O zaman biz sülh müqaviləsini paraflayaraq və ABŞ Prezidenti Donald Tramp tərəfindən də şahid kimi imzalanmış bəyannaməni qəbul edərək Azərbaycanla sülh bağladıq”, - deyə Paşinyan əlavə edib. pizza
Baş nazirin sözlərinə görə, hazırda prioritet sülh müqaviləsinin institusionallaşdırılmasıdır: “Yaxın gələcəkdə sülh müqaviləsinin institusionallaşdırılmasına hazırlaşırıq və bu “istiqamət”ə doğru çalışacağıq”.
Paşinyan TRIPP layihəsi mövzusuna toxunaraq Ermənistanla ABŞ arasında müvafiq müqavilənin imzalanmasının başa çatdığını və ratifikasiya prosesinin yaxın gələcəkdə başlanması planlaşdırıldığını vurğulayıb.
Onun sözlərinə görə, layihə Ermənistan üçün strateji əhəmiyyət kəsb edir və ölkənin regiondakı mövqeyini əhəmiyyətli dərəcədə dəyişə bilər.
“Bu, həqiqətən də vəziyyəti dəyişdirən bir layihədir, çünki Ermənistan Respublikası, artıq dediyim kimi, münaqişə çıxılmaz vəziyyətindən “Sülh Yollarının Kəsişməsinə” çevrilir”.
Baş nazir əlavə edib ki, layihənin praktiki icrası bu il başlayacaq. “Yerdə real işlər 2026-cı ildə başlayacaq”.
Telegram kanalımız