“Paşinyan, Əliyevlər Şuşaya gəlib, bəs sən hardasan?” - Zakaryan
15 Yan 2021 23:59
956

“Paşinyan, Əliyevlər Şuşaya gəlib, bəs sən hardasan?” - Zakaryan

“Pənah xan (indiki Əliyev) xain Melik-Şahnazarın (indi – xain-Nikola) gözü qarşısında tarixdə ikinci dəfə özünü Şuşada tapdı. Bununla da “Şuşa kimindirsə, Qarabağ onundur” mesajını verdi. Nikol, babalarının Şuşadan gəldiyinə görə öyünürdün və Qarabağ  köklərinə sahib olduğuna görə fəxr edirdin? Cənab, “ali komandan” demək yaxşı çıxmır. Səninləyəm!  Əliyevlərin Şuşa ziyarəti ilə bağlı erməni xalqına deyəcək bir sözün varmı? Yoxsa hakimiyyəti davam etdirmək üçün keçirəcəyin seçkilərə görə “cib” və korrupsiyalaşmış “partiyalar”la görüşlərdəsən?”.

Yenisabah.az xəbər verir ki, bu sətirləri Ermənistan Müdafiə nazirinin sabiq müavini Artak Zakaryan öz facebook səhifəsində Ermənistanın Baş nazirinə müraciət edərkən yazıb.

Zakaryan daha sonra yazır: “Yoxsa Əliyevlərin Azərbaycan bayrağını qaldırmaq üçün Verin və ya Nerkin Voskepar, Tavuş bölgəsi, Sofula və Barxudarlu, Ararat bölgəsinin Tigranaşen, Sünik bölgəsinin Şurnux, Ardaniş və Geğarkunik bölgəsinin Sotk mədənlərinə gələcək günü gözləyirsən? Ermənilərin taleyi, ümumiyyətlə, ətrafında baş verənlər səni heç maraqlandırırmı? Sabah və ya birisi gün ev tikib uşaq böyüdəcək, kilsəyə gedib facebookda toy edə biləcəksənmi? Hələ də bu xalqın tək bir probleminin Nikol Paşinyan olduğuna əmin deyilsən?”. / Konkret.az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər