Paşinyan erməni generallarının “axırına çıxır“ - Tonoyanın həbs müddəti uzadıldı

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan erməni generallarının “axırına çıxır“ - Tonoyanın həbs müddəti uzadıldı

Rəsmi

29 Noyabr 2021 12:51 825


Ermənistanın keçmiş müdafiə naziri Davit Tonoyan daha 2 ay həbsdə yatacaq.

Yenisabah.az “Aysor”a istinadla xəbər verir ki, bu barədə Tonoyanın vəkili Sergey Hovhannisyan bildirib.

“Cənab Tonoyan daha iki ay həbsdə qalacaq. Məhkəmə hökmü elan edib, lakin qərar hələki müdafiə tərəfinə təqdim edilməyib, ona görə də məzmunla bağlı heç nə deyə bilmərəm”, - deyə vəkil Sergey Hovhannisyan bildirib.

Xatırladaq ki, Ermənistan Respublikasının keçmiş müdafiə naziri Davit Tonoyan və silah təchizatı ilə məşğul olan iş adamı Davit Qalstyan Ermənistan MTX tərəfindən araşdırılan cinayət işi çərçivəsində həbs edilib.

MTX-nin yaydığı məlumata görə, Davit Tonoyan və adaşı, “Patron Davo” ləqəbi ilə tanınan Davit Qalstyan 2.277.323.840 dram məbləği mənimsəməkdə, o cümlədən ictimai təhlükəli əməllər törətməkdə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.

Qeyd edək ki, cinayət işi çərçivəsində Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Stepan Qalstyan da həbs edilib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, ağır maddi nəticələrə səbəb olmaqda, vəzifə saxtakarlığı törətməkdə ittiham olunur.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!