Paşinyan Gürcüstanın tariflərindən narazıdır: Alternativ yollar tapacağıq

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan Gürcüstanın tariflərindən narazıdır: Alternativ yollar tapacağıq

Dünya

18 Dekabr 2025 16:10 430


Ermənistanla Azərbaycan arasında gələcək yükdaşımalara gəldikdə, başa düşürəm ki, Gürcüstan dəmir yolunun tarifləri ilə bağlı bəzi suallar var.

"Yeni Sabah" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O, problemin həll olunacağına ümid etdiyini bildirib. “Məsələ həllini tapmasa, iqtisadi subyektlər məntiqi olaraq idxal və ixracı təmin etmək üçün alternativ yollar tapacaq”, - Paşinyan əlavə edib. Toyuqlu pizza

Xatırladaq ki, dekabrın 18-də Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan rmənistana Azərbaycan yanacağını daşıyan 20 vaqonun gələcəyini təsdiqləyib. Gürcüstan bundan əvvəl Azərbaycandan Ermənistana neft məhsullarının ilk tranziti üçün tarifdən imtina etməyə hazır olduğunu bildirmişdi. Bununla bərabər, Tbilisinin Azərbaycan neft məhsullarının Ermənistana sonrakı tranziti üçün çox yüksək tarif tələb etdiyi iddia olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!