Paşinyan hansı məntiqlə “Rus evləri”nə icazə verib?!

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan hansı məntiqlə “Rus evləri”nə icazə verib?!

Siyasət

09 Sentyabr 2026 14:47 271


“Rusiya rəsmilərinin az qala tamamı Ermənistan hakimiyyəti haqqında tənqidi fikirlər səsləndirərkən, Rusiyanın Federal Agentliyi olan “Rossotrudniçestvo”nun rəhbəri İqor Çayka iki ölkə arasındakı münasibətləri normal adlandırıb. Bunun səbəbi sadədir”.

“Yeni Sabah” xəbər verir ki, bu barədə "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, “Rus evləri”nin müxtəlif ölkələrdə hansı məzhəbə xidmət etdiyi bəllidir:

“Rossotrudniçestvo” Ermənistanın iki şəhəri - Artaşat və Aştarekdə “Rus evləri” açacaq. Ona görə də bu təşkilatın rəhbəri “münasibətlərin normal” olduğunu bildirib. pizza sifarişi

Halbuki, reallıq fərqlidir. “Rus evləri”nin müxtəlif ölkələrdə hansı məzhəbə xidmət etdiyi bəllidir. Azərbaycan da daxil olmaqla bir sıra ölkədə “Rus evi”nin fəaliyyəti dayandırılıb. Buna baxmayaraq, “Rossotrudniçestvo” Ermənistanla yanaşı müxtəlif ölkələrdə əlavə olaraq 11 “Rus evi” açmağı planlaşdırıb.

Görəsən Rusiyanın Ermənistana təsir alətlərini neytrallaşdırmağa çalışan baş nazir Nikol Paşinyan hansı məntiqlə ölkəsində yeni “Rus evləri”nin açılmasına icazə verib?”

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!