Paşinyan: İnternetin Azərbaycandan tranziti Ermənistan üçün təhdid deyil

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan: İnternetin Azərbaycandan tranziti Ermənistan üçün təhdid deyil

Dünya

25 İyun 2026 15:51 61


Azərbaycan ərazisindən internet trafikinin tranzitində təhlükə yoxdur.

"Yeni Sabah" Armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

O qeyd edib ki, internet trafikinin tranziti Ermənistan üçün Azərbaycandan asılılıq yaratmır: pizza sifarişi

"Daim deyirik ki, Ermənistan tranzit qovşağına çevrilməlidir. Ermənistandan nə qədər çox axın keçərsə, iqtisadi, siyasi çəkimiz və təhlükəsizlik səviyyəmiz bir o qədər yüksək olar. Buna qarşı çıxanlar istəyir ki, Ermənistan münaqişə dalanında qalsın".

Xatırlatma: iyunun 22-də "AzerTelecom" və "Telecom Armenia" şirkətləri Azərbaycan ərazisindən beynəlxalq internet trafikinin tranziti haqqında ikitərəfli saziş imzalayıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!