Paşinyan Musayevə görə onu işdən qovdu

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan Musayevə görə onu işdən qovdu

Siyasət

05 Oktyabr 2026 19:22 469


Azərbaycan Ordusunun əsgəri Nəsimi Rəhim oğlu Musayevin Ermənistan sərhədini keçməsi və sərhəddən yalnız 20 km-liyində yerləşən Şəki kəndində saxlanılması Ermənistanda müzakirələr doğurub.

"Yeni Sabah" xəbər verir ki, Ermənistan hakimiyyəti sərhədlərin yüksək səviyyədə qorunmadığı, hətta sərhədi keçə bilən şəxsin ölkənin dərinliklərinə qədər irəlilədiyi, aidiyyəti qurumların isə yalnız bir evə girdikdən sonra onun barəsində xəbər tutmasına görə tənqid edilir.

Bu tənqidlər və müzakirələr fonunda bu gün Ermənistan Baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin direktor müavini David Sanamyanı vəzifəsindən uzaqlaşdırıb. Pepperoni pizza

Qeyd edək ki, Nəsimi Musayev saxlanılması barədə məlumat 1 oktyabrda yayılıb. 2 oktyabrda isə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

N.Musayevin 26 sentyabrdan hərbi hissəni özbaşına tərk etdiyi iddia olunur./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!