Paşinyan parlamentdə Türkiyə ilə dialoqdan danışdı

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan parlamentdə Türkiyə ilə dialoqdan danışdı

Siyasət

15 Sentyabr 2021 19:34 3890


Ermənistan hökuməti Türkiyədən dialoqun qurulması ilə bağlı gələn siqnalları müzakirə etməyə hazırdır.

Yenisabah.az xəbər verir ki, bu barədə bu gün Nikol Paşinyan parlamentdə deputat Sarkis Xandanyanın sualını cavablandırarkən deyib.

Baş nazirin sözlərinə görə, artıq bir sıra beynəlxalq tərəfdaşlar İrəvan və Ankara arasında dialoqun qurulmasına yardım etməyə hazır olduqlarını bəyan edib. Dominos pizza

N. Paşinyan qeyd edib ki, əgər dialoq başlayacaqsa, Ermənistan hökuməti təbii olaraq bu barədə vətəndaşlarını məlumatlandırmalıdır.

Xatırladaq ki, bundan əvvəl də N. Paşinyan Ermənistanın regionda sülhün bərqərar olması üçün Türkiyə tərəfindən bəzi müsbət siqnallar aldığını bildirib. O əlavə edib ki, onlar bu siqnalları qiymətləndirəcək, müsbət siqnallara müsbət siqnallarla cavab verəcəklər./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!