Paşinyan təkbaşına hökumət qurur: Parlamentdə qazandığı yerlərin sayı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan təkbaşına hökumət qurur: Parlamentdə qazandığı yerlərin sayı açıqlandı

Siyasət

08 İyun 2026 10:35 656


Ermənistan Mərkəzi Seçki Komissiyasının səsvermənin yekun nəticələrinə dair son məlumatları əsasında yeni parlamentdə yerlərin dəqiq bölgüsü məlum olub.

“Yeni Sabah” xəbər verir ki, Milli Məclisdəki ümumi 105 rəsmi kürsüdən 61-ni Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyası əldə edib.

Digər mandatlar isə siyasi qüvvələr arasında aşağıdakı daxili qrafiklə bölünüb: pizza mizza

"Güclü Ermənistan" Bloku – 28 kürsü

"Ermənistan" Bloku – 11 kürsü

"Çiçəklənən Ermənistan" Partiyası – 5 kürsü

Qeyd edək ki, 105 yerlik parlamentdə təkbaşına hökumət formalaşdırmaq üçün "50% + 1 səs" (ən azı 53 mandat) tələb olunduğundan, Paşinyanın partiyası 61 kürsü ilə koalisiyasız, yenidən təkbaşına kabinet qurmaq hüququnu rəsmən təmin edib. Lakin bu nəticə hakim partiyanın parlamentdəki əvvəlki hegemon mövqeyini əhəmiyyətli dərəcədə itirdiyini göstərir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!