Paşinyan: Türkiyə ilə münasibətlərin nizamlanmasına sadiqik

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan: Türkiyə ilə münasibətlərin nizamlanmasına sadiqik

Dünya

19 Mart 2024 15:29 656


Biz Türkiyə ilə münasibətlərin normallaşdırılması gündəminə sadiqik.

Yenisabah.az xəbər verir ki, bunu martın 19-da İrəvanda NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O bildirib: “İnanırıq ki, Türkiyə ilə 2022-ci ildə əldə edilmiş və sonradan təsdiqlənmiş razılaşmaların həyata keçirilməsi Cənubi Qafqaz regionunda sabitliyin bərqərar olmasına müsbət təsir göstərə bilər. pizza

Baş katiblə söhbət zamanı Ermənistan Silahlı Qüvvələrində islahatların aparılması gündəliyinə də toxunduq. Vurğuladım ki, bu proses heç bir dövlətə qarşı yönəlməyib, Ermənistanın ərazi bütövlüyünü təmin etmək üçün respublikanın Silahlı Qüvvələrinin müdafiə qabiliyyətinin artırılmasına yönəlib”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!